Vətən müharibəsi şəhidi Bəylərov Seymur Səlyəddin oğlunun əziz xatirəsi şəhadətinin ildönümündə böyük ehtiramla yad edildi.
Vətən müharibəsi şəhidi Bəylərov Seymur Səlyəddin oğlunun əziz xatirəsi şəhadətinin ildönümündə böyük ehtiramla yad edildi.
28 sentyabr 2022-ci il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev 44 günlük Vətən müharibəsinin şəhidi Bəylərov Seymur Səlyəddin oğlunun şəhadətinin ildönümündə iştirak etdi. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı, şəhidin valideynləri, dostları, yaxınları, döyüş yoldaşları və rayon ictimaiyyəti iştirak etdi. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və digər çıxış edənlər Vətən müharibəsində qazanılan zəfərdən, Vətən müharibəsi şəhidi Bəylərov Seymur Səlyəddin oğlunun döyüş yolu haqqında danışdılar. Şəhidin məzarı ziyarət edildi, ruhuna dualar oxundu.
Bəylərov Seymur Səlyəddin oğlu 24 aprel 1996-cı il tarixdə anadan olub. Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi zamanı 29 sentyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid olub. Samux rayonunun Qarayeri qəsəbəsində dəfn olunub. Subay idi. Əslən Kəlbəcərli olan şəhidimiz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.