Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumxalq Hüzn Günü Samux rayonunda böyük izdihamla qeyd olundu.

20 yanvar 2023 | 12:29

 

Ümumxalq Hüzn Günü Samux rayonunda böyük izdihamla qeyd olundu.

Xalqımızın qan yaddaşına qəhrəmanlıq tarixi kimi yazılmış 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Samuxda qeyd olunan hüzn günü tədbirinə  minlərlə sakin qatılmışdı. Xalqımızın yaddaşına, tariximizə qanla həkk olunan 20 Yanvar faciəsindən 33 il ötür. Ümumxalq Hüzn Günü Samux rayonunda böyük izdihamla qeyd olundu.


Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri səhər saatlarında  əvvəlcə, YAP Samux rayon təşkilatının foyesində təşkil edilmiş “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr edilmiş, məktəblilərin əl işlərindən ibarət rəsm  sərgisini ilə tanış oldular. Sonra tədbir iştirakçıları Samux şəhərindəki Şəhidlər Kompleksini ziyarət etdilər. Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri qoydular.
Saat 12:00-da Samux şəhər ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq səs siqnalları verildi.
Samux  Cümə məscidinin axundu şəhidlərin ruhuna dualar oxudu.

Keçidlər