Samux rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin həyatında kitab və mütaliənin rolu” mövzusunda dəyirmi masa keçirilib.
08 may 2023 | 17:56
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Samux İcra Hakimiyyətinin təşkilatçılığı ilə mayın 8-də Mərkəzi Kitabxana Sistemində “Ulu Öndər Heydər Əliyevin həyatında kitab və mütaliənin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova açaraq qeyd edib ki, bu günlərdə Azərbaycan xalqı tarixi bir günü qeyd edir. Mayın 10-da nəinki Azərbaycanın, eləcə də dünyanın görkəmli şəxsiyyətlərindən biri olan Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Ümummilli lider kitaba, kitabxanaya, ədəbiyyata, milli-mənəvi dəyərlərimizə böyük əhəmiyyət verirdi. Ulu Öndərin hakimiyyəti illərində bir sıra şəhərlərdə və rayon mərkəzlərində yeni kitabxana binalarının tikilməsi, respublika kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində möhtəşəm işlərin görülməsi buna əyani sübutdur.
Heydər Əliyevin zəngin həyat yolu, çoxşaxəli irsi və müstəsna fəaliyyətinin xalqımızın milli sərvəti kimi gələcək nəsillər üçün ciddi elmi araşdırmalar mövzusu olduğunu da xatırladan kitabxananın məsul işçiləri Azərbaycan Prezidentinin sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini diqqətə çatdırıb, gənclərin Ulu Öndərin irsinin öyrənilməsi istiqamətində ali təhsil ocaqlarının və kitabxanaların üzərinə düşən önəmli vəzifələrdən danışıblar.