Ulu Öndər Heydər Əliyevin 1991-ci il 3 sentyabr tarixində Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi ilə əlaqədar Samux rayonunun Qarayeri qəsəbəsində tədbir keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Gəncə Regional Mədəniyyət İdarəsinin iştirakı ilə Samux rayonunun Qarayeri qəsəbəsində Ulu Öndər Heydər Əliyevin 1991-ci il 3 sentyabr tarixində Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi münasibəti ilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev qeyd etdi ki, Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin 1990-cı illərin əvvəlində Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti dövlətçiliyimizin və Azərbaycan xalqının tarixində önəmli yer tutur. Hər zaman fəaliyyətində milli ideyalara sədaqət nümayiş etdirən, xalqa yaxın olan Ulu Öndərin Ali Məclisin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səslədi.
Daha sonra çıxış edən Gəncə Regional Mədəniyyət İdarəsinə rəisi Vasif Cənnətov çıxışında bildirdi ki, Ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.
Tədbir Qarayeri qəsəbə uşaq musiqi məktəbinin təşkil etdiyi konsert proqramından sonra başa çatdı.