Şriftin ölçüsü :

Saytın rəngi :

Ucqar kəndlər daim diqqət mərkəzində saxlanılır

19 yanvar 2024 | 11:40

Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Samuxda da daim diqqət mərkəzində saxlanılır. Rayon mərkəzindən 60 km uzaqlıqda, Gürcüstan Respublikası ilə sərhəddə yerləşən kəndlərin(Poylu, Salahlı, Qarabağlı, Kəsəmən və Burunqovaq) sakinləri də bu diqqətdən kənarda qalmırlar. Belə ki, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev digər yaşayış məntəqələrində olduğu kimi bu kəndlərdə də mütəmadi səyyar görşlər keçirir, görüşlərdə sakinləri narahat edən məsələlərin öz müsbət həllini tapması istiqamətində xidmət təşkilatlarına aidiyyəti üzrə tapşırıqlar verir.

Həmin bu kəndlər surətli internetlə və  fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edilir. Bununla yanaşı sakinlərin vaxtlarına qənaət edərək kommunal xərclərinin və digər ödənişlərinin edilməsi üçün Poylu kəndində bir ədəd M10 ödəniş sistemi quraşdırılmışdır.

Qeyd etmək lazımdır ki, bundan əlavə həmin kənddə Samux Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “KapitalBank” ASC tərəfindən bir ədəd yeni bankomat quraşdırılıb ki, həmin kənd və ona yaxın olan digər kəndlərin sakinləri təqaüdlərinin alınması və digər bank əməliyyatlarının həyata keçirilməsi üçün bu bankomatın xidmətlərindən istifadə edirlər.

Keçidlər