Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu, cənab Recep Öztop  tanışlıq məqsədi ilə Samux rayonuna səfər etdi.

15 mart 2023 | 17:43

Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu cənab Recep Öztop  tanışlıq məqsədilə Samux rayonuna səfər etdi.

Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu cənab Recep Öztop  tanışlıq məqsədilə Samux rayonuna səfər etdi.  Səfər çərçivəsində ilk öncə qonaqlar Samux şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.

Daha sonra Baş Konsulu cənab Recep Öztop   Samux Rayon İcra Hakimiyyətinin İnzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevlə görüşdü. Görüş zamanı qonağa Samux rayonu haqqında ətraflı məlumat verildi.

Səfər zamanı yeni istifadəyə verilmiş Sərkar kənd tam orta məktəbinə, Sərkar kənd 100 yerlik körpələr evi-uşaq bağçasına və açılışa tam hazır olan Sərkar kənd musiqi məktəbinə baxış keçirdilər.

Receb Öztop Samux şəhər S.Əliyev adına 2 saylı tam orta məktəbdə oldu. Burada zəlzələ zamanı qardaş Türkiyə dövlətinə yardım aksiyasına könüllü olaraq özünün kiçik xərcləri hesabına topladığı vəsaiti ianə edən 5-ci sinif şagirdi Tağıyeva Gülnur Şamxal qızı ilə görüşdü.

       Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edildi və xatirə şəkilləri çəkildi.

Keçidlər