Səyyar görüşdə şəhid atası tərəfindən qaldırılan məsələ qısa müddətdə öz müsbət həllini tapıb
Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Samuxda daim diqqət mərkəzində saxlanılır. Vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar, sakinlərlə keçirilən səyyar görüşlərdə səslənən fikirlərə, qaldırılan məsələlərə operativ şəkildə baxılması bunun bariz nümunəsidir.
Samux Rayon İcra Hakimiyyəti rəhbərliyinin kəndlərdə keçirdiyi səyyar görüşlər də məhz sakinləri narahat edən məsələlərin öz müsbət həllini tapmasına xidmət edir. İcra başçısının səyyar görüşdə səsləndirilən hər bir məsələyə xüsusi qayğı ilə yanaşması, həlli istiqamətində konkret tapşırıqlar verməsi bunu hər zaman sübut edir.
Rayon mərkəzindən 60 km məsafədə, Gürcüstan Respublikası ilə sərhəddə yerləşən Poylu kəndində keçirilən səyyar qəbul zamanı şəhid atası Fərmayıl Həsənov kəndlərinə təqaüdlərin alınması və digər bank əməliyyatlarının həyata keçirilməsi üçün bir ədəd bankomatın qoyulmasını xahiş etmişdir. Samux Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “KapitalBank” ASC tərəfindən bankomatın qoylması təmin edilmişdir. Həmin kənd və ona yaxın olan digər kəndlərin sakinləri bu bankomatın xidmətlərindən istifadə edirlər.