Şəhid ailələrinin "Zəfər Səfəri" layihəsi çərçivəsində Şuşaya səfəri təşkil edildi.
Şəhid ailələrinin "Zəfər Səfəri" layihəsi çərçivəsində Şuşaya səfəri təşkil edildi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Samux Rayon İcra Hakimiyyətinin və Samux rayonu Samux şəhəri müsəlmanlarının dini icmasının təşkilatçılığı ilə 08 dekabr 2022-ci il tarixdə Vətən müharibəsi şəhidlərinin valideynləri, övladları və yaxınları olmaqla bir qrup imtiyazlı şəxslər "Zəfər Səfəri" layihəsi çərçivəsində Şuşaya yola salındı. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev şəhid ailələri önündə çıxış edərək 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərdən danışaraq şəhid yaxınlarına Şuşa səfərində uğurlar arzuladı. Qəhrəman övlad yetişdirdiklərinə görə onlarla fəxr etdiyini qeyd etdi.
Şəhid ailələri göstərilən diqqət və qayğını yüksək qiymətləndirdiklərini söyləyərək, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevə və Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.