Samuxlu Vətən müharibəsi iştirakçıları Türkiyə Respublikasının Milli Müdafiə Naziri Hulusi Akar, Türkiyəli millət vəkilləri və digər yüksək vəzifəli şəxslərlə görüşüb.
Samuxlu Vətən müharibəsi iştirakçıları Türkiyə Respublikasının Milli Müdafiə Naziri Hulusi Akar, Türkiyəli millət vəkilləri və digər yüksək vəzifəli şəxslərlə görüşüb.
Türkiyə Müharib Qazilər Dərnəyinin dəvəti, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə bir qrup Vətən müharibəsi iştirakçılarının Türkiyə Respublikasına səfəri təşkil edilib. Səfərdə Samux rayonundan olan Vətən müharibəsi iştirakçıları, müharibədə aldıqları xəsarətlə bağlı əlillikləri müəyyən edilən, Samux rayonunun Köbər kənd sakini Məmmədov Şamil Kamil oğlu və Sarıqaya kənd sakini Məmmədov Fəzamir Pazıl oğluda iştirak etmişlər.
Türkiyə Respublikasında səfərdə olan müharibə iştirakçılarından ibarət nümayəndə heyəti Mərsin şəhərindən sonra Adana şəhərinə səfər edərək qeyd olunan şəhərin işğaldan azad edilməsinin 101-ci ildönümünə həsr edilmiş bayram yürüşünə qatılıblar.
Yürüşdən sonra qazilərimiz Türkiyə Respublikasının dahi lideri, qurucusu Mustafa Kamal Atatürkün abidəsini ziyarət ediblər. Səfər çərçivəsində müharibə iştirakçıları Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Türkiyəli millət vəkilləri və digər yüksək vəzifəli şəxslərlə görüşüblər.