Samuxdan “İcbari Tibbi Sığorta” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib
Samux rayonunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Samux Rayon İcra Hakimiyyətinin və Samux Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin təşkilatçılığı ilə “İcbari Tibbi Sığorta” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Rayon ictimayyətinin nümayəndələrinin iştirak etdiyi tədbirin keçirilməsində əsas məqsəd əhalinin icbari tibbi sığortadan istifadə qaydaları üzrə maarifləndirilməsi olub.
Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəliliva tədbiri açaraq Ümummilli lider Heydər Əliyevin səhiyyə sisteminə göstərdiyi qayğıdan, səhiyyə və tibbi sığorta sahəsindəki fəaliyyətlərindən və əhalinin sağlamlığının qorunması sahəsində görülmüş işlər barədə geniş məlumat vermişdir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Gəncə şəhərl Filialının rəhbəri Kamal Həsənov icbari tibbi sığorta haqqında, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası, icbari tibbi sığorta haqları, icbari tibbi sığortanın xidmətlər zərfində təminat verilən tibbi xidmətlər, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri, Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələri, özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası haqqında ətraflı məlumat vermişdir.
Sonda vətəndaşları maraqlandıran suallar Agentliyin əməkdaşları tərəfindən cavablandırılıb.