Samuxda “Zəfərə aparan yol” adlı tədbir keçirilib
Samux Rayon İcra Hakimiyyətinin və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Samux şəhərində Heydər Əliyev prospektindəki mərkəzi parkda “Zəfərə aparan yol” adlı tədbir keçirib.
Tədbirə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, müharibə veteranları, məsul şəxslər, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin şagirdləri qatılıb.
Tədbirdə həmçinin Gəncə Qarnizonu İdeloji şöbəsi Mədəniyyət Mərkəzi ilə birlikdə hərbi xidmət keçən əsgərlərin ruh yüksəkliyini və əhval-ruhiyyəsini artırmaq məqsədi ilə kütləvi hərbi vətənpərvərlik tədbiri olan “Əsgərə məktub” layihəsi də keçirilib.
Əsası Ulu Öndər tərəfindən qoyulan müstəqil dövlət quruculuğunun davamlı olması üçün gənclərimizin üzərinə böyük və məsuliyyətli yük düşür. Ölkəmizin gəncləri vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür, bilirlər ki, “Zəfərə aparan yol” Vətənə sevgidən keçir.
Sonra icra başçısı və layihə iştirakçıları tərəfindən Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərə məktub vasitəsi ilə ürək sözləri yazılıb və məktəblilərin bağışladığı bədii kitablar N saylı hərbi hissənin rəhbərliyinə təqdim olunub.