Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “Zəfər Günü – Qəhrəmanlıq və Qürur Salnaməsi” adlı tədbir keçirilib.

06 noyabr 2025 | 19:09

Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Qərbi Azərbaycan İcmasının Samux nümayəndəliyinin iştirakı ilə “Zəfər Günü – Qəhrəmanlıq və Qürur
Salnaməsi” adlı tədbir keçirilib.

Tədbirdə Samux Rayon İcra Hakimiyyəti başçısını müavini Kəmalə Xəlilova, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Prezident mükafatçısı Bayram Apoyev, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, dosent Nəsibə Hacıyeva və Qərbi Azərbaycan İcmasının Samux rayonu üzrə nümayəndəsi Məsud Vəliyev iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Kəmalə Xəlilova bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Ordumuzun, xalqımızın vəhdəti ilə şanlı Zəfər tariximizin yazıldığı 44 günlük Vətən müharibəsindən danışıb.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Prezident mükafatçısı Bayram Apoyev bildirib ki, torpaqlarımızın işğaldan azad olunması ilə Azərbaycan xalqı qalib xalq olmağın qürurunu yaşayıb, Dövlət başçısının güclü siyasi iradəsi, əzmi ilə bir araya gələn dəmir yumruq vəhdəti bölgədəki separatçılığa, hərc-mərcliyə son qoyub.

Çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, dosent Nəsibə Hacıyeva regionun inkişafı üçün başlıca əngəl olan 30 illik işğal siyasətinə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərimizlə son qoyulduğunu bildirib.

Qərbi Azərbaycan İcmasının Samux rayonu üzrə nümayəndəsi Məsud Vəliyev
xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu Qələbənin Azərbaycan tarixində misilsiz önəm daşıdığını, dövlətçiliyimizin ən parlaq səhifələrindən olduğunu qeyd
edib.

Keçidlər