Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Yuxarı Ağasıbəyli kənd tibb məntəqəsində əhali arasında fiziki aktivliyin artırılması ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.

26 iyul 2023 | 16:40

Samux Rayon İcra Hakimiyyəti və Mərkəzi rayon xəstəxanasının birgə təşkilatçılığı ilə Yuxarı Ağasıbəyli kənd tibb məntəqəsində əhali arasında fiziki aktivliyin artırılması ilə bağlı maarifləndirici tədbir keçirilmişdir. Bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd Respublika Prezidenti cənab İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası”nın 3.3.7.3.-cü bəndinin icrasının təmin edilməsi, işləyən əhali arasında fiziki aktivliyin və sağlam həyat tərzinin təbliği, eləcə də oturaq həyatın zərərləri, davranış risk amilləri barədə işləyən əhalinin məlumatlandırılması olmuşdur.

Tədbirdə İcra Hakiiyyəti başçısının müavini Kəmalə Xəlilova, MRX-sı publik hüquqi şəxsin direktoru İlham Həsənov, tibb məntəqəsi və kitabxana işçiləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Kəmalə Xəlilova oturaq həyat tərzinin əhalinin sağlamlığına və qeyri-infeksion xəstəliklərin inkişafına təsir edən əsas amillərdən biri olduğunu vurğulayaraq, fiziki aktivliyin əhəmiyyəti haqqında ətraflı məlumat vermişdir.

Tədbirin sonunda hazırlanmış maarifləndirici materiallar kənd əhalisinə təqdim olunub, sakinlərlə maarifləndirici söhbətlər aparılıb.

Keçidlər