Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Yuxarı Ağasıbəyli kənd sakinləri ilə səyyar görüş keçirilib.

10 sentyabr 2025 | 09:30

 

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayonun Yuxarı Ağasıbəyli kənd tam orta məktəbin binasında kənd sakinləri ilə səyyar görüş keçirib.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, şəhid ailələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb.

Keçidlər