Samuxda yeni tədris ilinin başlanması münasibəti ilə şəhid övladları ilə görüş keçirilib
Samux Rayon İcra Hakimiyyətində şəhid övladları ilə görüş keçirilmişdir. Görüşdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, İcra Hakimiyyətinin və “YAŞAT” Fondunun əməkdaşları iştirak etmişlər.
Yeni təhsil ilinin başlanması münasibətilə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev şəhid övladlarını təbrik edərək, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin hər birimiz üçün əziz olduğunu qeyd etmişdir. Azərbaycan qəhrəmanlarının həyatlarının şagirdlər üçün hər zaman örnək olacağına və onların da ataları kimi Vətənə layiqli övlad kimi yetişəcəyinə əminliyini ifadə edən rayon rəhbəri hər bir şəhid ailəsinin və qazilərin Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və tövsiyyələrinə uyğun olaraq diqqətdə saxlanıldığını və onların qarşılaşdığı hər bir problemə həssaslıqla yanaşıldığını bildirmişdir.
Dövlət qayğısını hər zaman hiss etdiklərini bildirən şəhidlərin ailə üzvləri Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda şəhid övlalarına yeni tədris ilinin başlanması ilə əlaqədar “YAŞAT” Fondu tərəfindən ayrılmış dərs ləvazimatlarından ibarət hədiyyələr təqdim olunmuşdur.