Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Yeni Azərbaycan Partiyasının gənc partiya fəallarının Samux rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

01 sentyabr 2023 | 18:21

Samuxda Yeni Azərbaycan Partiyasının gənc partiya fəallarının Samux rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

 

 

“Heydər Əliyev İli” ilə əlaqədar Samux Rayon İcra Hakimiyyəti  və  Yeni Azərbaycan Partiyasının Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

Sentyabrın 1-də Samux Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə Samux rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

  Əvvəlcə Ulu Öndərin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri düzülüb.  Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib. Gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.

Daha sonra Heydər Əliyev Mərkəzinin akt zalında davam edən tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söhbət açıb və Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Sonda xatirə fotosu çəkdirilib

Keçidlər