Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda  “Yaşıl dünya naminə həmrəylik ili” ili çərçivəsində “Çanaqqala Zəfərinin 109-cu ildönümünə”  həsr olunmuş ağacəkmə aksiyası  keçirilib

18 mart 2024 | 14:45

Samuxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Çanaqqala Zəfərinin 109-cu ildönümünə” həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

 Samux Rayon İcra Hakimiyyətinin və Türkiyə Respublikasının Gəncə Baş Konsulluğunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop, şəhid ailələri, Ekologiya və Təbii Sərvətlər nazirliyinin könüllüləri, İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, rayon gəncləri iştirak edib.

Tədbir iştirakçıları ilk öncə Samux şəhərində Samux Şəhidləri Kompleksini ziyarət edib, Çanaqqala və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad ediblər

Aksiya çərçivəsində Samux rayonunun Ziyadlı kəndi ərazisində Kür yolunun və Gəncə-Samux avtomobil yolunun ətraflarına rayonun torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli 2000 ədəddən artıq ağac və 1000 ədəd gül kolları əkilib.

 

 

 

Keçidlər