Samuxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təmiz ekoloji mühit-sağlam həyat” mövzusunda tədbir keçirilib
Samuxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təmiz ekoloji mühit-sağlam həyat” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Samux rayonunda il ərzində həyata keçiriləcək Tədbirlər Planına uyğun olaraq 27.06.2024-cü il tarixində “Təmiz ekoloji mühit-sağlam həyat” mövzusunda tədbir keçirilib. Samux Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında keçirilən tədbirdə başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəlilova Kəmalə, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qurbanov Rövşən, Hüquq şöbəsinin müdiri Nəsibov Azər,Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Samux rayonu üzrə KOB dostu Mail Abbasov,icra hakimiyyətinin işçiləri,nümayəndə və bələdiyyələr iştirak edib. İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəlilova Kəmalə tədbirdə çıxış edərək Prezident İlham Əliyevin “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Sərəncamının ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınmasına, təbii fəlakətlərdən müdafiəyə diqqətin artırılması baxımından əhəmiyyətindən danışıb, qeyd olunub ki, qarşıya qoyulmuş məqsədlərə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində görülən işlər daha da gücləndirilməlidir. Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qurbanov Rövşən ərazilərdə nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün nümayəndəliklərə müvafiq tapşırıq və tövsiyələrini verib. Sonda tədbir iştirakçıları ətraf mühitin qorunması, məişət tullantılarının təmizlənməsi və digər istiqamətlərdə tədbirlərin uğurla davam etdiriləcəyini bildiriblər.