Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti təmizlik aksiyası keçirilib.

23 noyabr 2024 | 15:54

Samux rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” və “Təmiz Ölkəm” layihəsi çərçivəsində ümumrayon iməciliyi keçirilib.
Rayonun bütüm yaşayış məntəqələrini əhatə edən aksiyada Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların işçiləri, yerli sakinlər könüllü olaraq iştirak ediblər.

İməcilikdə əsasən yollların kənarı məişət tullantılarından, yeni əkilmiş ağacların ətrafındakı qurumuş ot, ağac və gül kolları təmizlənib.

Eyni zamanda rayonun Sərkar kəndi və rayon mərkəzindən 63 km uzaqlıqda, Gürcüstan Respublikası ilə həmsərhəd olan Salahlı kəndinin ərazisində 2000 ədədədək müxtəlif növ həmişəyaşıl ağaclar əkilib.

Keçidlər