Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti dəfə ağacəkmə aksiyası keçirilib

30 mart 2024 | 11:58

Samuxda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti dəfə ağacəkmə aksiyası keçirilib

Ağacəkmə aksiyasında Samux RİH başçısı Firdovsi Əliyev, şəhid ailələri, İcra Hakimiyyətinin əməkdaşları, gənclər və rayon ictimaiyyəti iştirak ediblər.

Aksiyada Samux rayonunun bütün yaşayış məntəqələrində iməcilik keçirilərək təmizlik işləri aparılmış və ümumilikdə rayonun torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli 2000 ədəd ağac və 1000 ədəd gül kolları əkilib. Əkilmiş ağaclar suvarılaraq dibləri ağardılıb.

Aksiyanın keçirilməsində məqsəd "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

 

 

Keçidlər