Samuxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP 29-la bağlı dəyirmi masa keçirilib
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə COP 29-la bağlı dəyirmi masa keçirildi. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova, icra hakimiyyətinin məsul işçiləri və Uşaq Səfirlər Məclisinin Samux rayonundan olan fəalları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Kəmalə Xəlilova əvvəlcə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Uşaqdan uşağa” adlı təlimdə fəal iştiraklarına görə Uşaq Səfirlər məclisinin Samux rayonundan olan fəallarını təbrik edərək, Komitə tərəfindən təqdim edilmiş sertifikatları gənclərə təqdim etdi.
Tədbir iştirakçıları bu tədbirlərin şagirdlərin ekoloji dünyagörüşünün, təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyinin inkişaf etdirilməsinə, məktəblilərin ekoloji hərəkata, ekoloji yönümlü fəaliyyətə cəlb edilməsinə, bilik axtarışının müxtəlif forma və metodlarını, praktiki bacarıqları, təşkilatçılıq qabiliyyətlərini mənimsəmələrini stimullaşdıra biləcəyini diqqətə çatdıraraq, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirlərin vacibliyini vurğulayıblar.
Eyni zamanda gənclərin COP29-la bağlı məlumatlarının olması üçün orta məktəblərdə bununla bağlı davamlı olaraq maarifləndirmə işlərinin aparıldığı iştirakçıların nəzərinə çatdırıldı.
Tədbir diskussiya şəklində davam etdi. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.