Samuxda “Vətəndaşların müraciət etmək hüququ mövzusunda” dəyirmi masa keçirilib.
16 iyun 2023 | 17:37
“Heydər Əliyev ili” çərçivəsində Samux Rayon İcra Hakimiyyətinin və Ombudsmanın Qərb Regional Mərkəzinin təşkilatçlığı ilə “Vətəndaşların müraciət etmək hüququ mövzusunda ” dəyirmi masa keçirilib.
Tədbirdə Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Samux rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, aparatın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın katibi Tutu Rüstəmova, İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri Azər Nəsibov,İcra Hakimiyyətinin məsul işçiləri, Samux rayon Gənclər və İdman idarəsinin rəisi Rəşad Qarayev və idarə,müəssisə və təşkilatın aidiyyatı üzrə işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Samux rayon İHB-nın müavini Kəmalə Xəlilova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbirlərin keçirildiyini vurğulayaraq,insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu və dövlətin hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edərək qeyd edib ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Konstitusiyamız Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub. Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqları haqqında tədbir iştirakçılarına geniş məlumat verərək, ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin önəmini diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.