Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Vətən müharibəsi şəhidinin şəhadətinin üçüncü ildönümü qeyd olunub

11 noyabr 2023 | 08:10

 

 

Samux rayonu İnstitut qəsəbəsindən olan 44 günlük Vətən müharibəsi şəhidi Abdullayev Rəşid Abdulla oğlunun şəhadətinin üçüncü ildönümü mərasimi keçirilib.

Samux Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, müharibə iştirakçıları, rayon ictimaiyyəti və məktəblilərin iştirakı ilə şəhidin məzarı ziyarət edilib, üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər söylənilib, şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Keçidlər