Samuxda Vətən müharibəsi şəhidinin doğum günündə məzarı və ailəsi ziyarət olundu.
11 aprel 2023 | 11:08
Samux rayonunda Vətən müharibəsi şəhidinin doğum günündə məzarı və ailəsi ziyarət olundu.
Samux rayonu Sarıqamış kəndindən olan Vətən müharibəsi şəhidi Nuriyev Əfqan Rövşən oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarı,sonra ailəsi evində ziyarət edildi, şəhidimizin ruhuna dualar oxundu. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qurban Həsənov və həmin şöbənin böyük məsləhətçisi Rüstəm Ramizli , rayonun İmamı , şəhidin valideynləri,yaxınları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları , təhsil aldığı tam orta məktəbin müəllim kollektivi, döyüş yoldaşları iştirak etdilər.
Nuriyev Əfqan Rövşən oğlu 11 aprel 1997-ci il tarixdə Samux rayonunun Sarıqamış kəndində anadan olmuşdur. Samux rayon Sarıqamış kənd tam orta məktəbinin məzunudur. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına uyğun olaraq səfərbərlik üzrə hərbi xidmətə yollanıb. 03 noyabr 2020-ci ildə Laçın istiqamətində gedən döyüşlərdə şəhid olub. 04 noyabr 2020-ci ildə Samux rayon Sarıqamış kəndində dəfn olunub . Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidlərimizlə qürur duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.