Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda "Valideyn- övlad münasibəti" mövzusunda təlim keçirilib.

12 sentyabr 2023 | 09:23

Samuxda "Valideyn- övlad münasibəti" mövzusunda təlim keçirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Bələdiyyə Resurs və Təlim Mərkəzi İctimai birliyi tərəfindən icra olunan "Məsuliyyətli valideyn ailə dəyərinin təməlidir adlı tədbirlərin təşkili" layihəsinin icrası davam edir. Layihənin icra planına uygun valideynlər arasında maariflənmə işləri davam etdirilir. 11.09.2023- cü il tarixdə Samux rayonu Sərkar kəndində (Sərkar kənd tam orta məktəbdə) 25 valideynə "Valideyn-övlad münasibəti" mövzusunda təlim keçirilib. Təlim zamanı ideal valideynlik, valideyn məsuliyyəti, valideyn- övlad münasibətində anlaşılmazlıq,konfliktlərvə onların həlli yolları, həmçinin,valideyn- övlad arasında saglam münasibətə təsir edən amillərdən söhbət aparılıb.

Təlim boyu müxtəlif rol oyunları, energizerlər və qrup işləri təşkil olunub. Təlim valideynlər tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.

Keçidlər