Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “Ümummilli Lider Heydər Əliyev daim qəlbimizdə yaşayacaqdır“ mövzusunda dəyirmi masa keçirildi.

14 iyul 2023 | 17:12

 

“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə  Samux rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 14 iyul 1969 cu il tarixdə Ümummilli Lider Heydər Əliyevin birinci dəfə siyasi fəaliyyətə gəlişi ilə əlaqədar “Ümummilli Lider Heydər Əliyev daim qəlbimizdə yaşayacaqdır“  mövzusunda dəyirmi masa keçirildi. Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə Samux rayon İHB-nın müavini - İctimai-siyasi  və  humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova,bir qrup ziyalılar və ictimai fəallar iştirak etdilər. Tədbirdə çıxış edən Kəmalə Xəlilova bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyduğunu qeyd etdiEyni zamanda davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olduğunu bildirdi.

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Samux rayon sektorunun müdiri Rasim İmamquliyev  çıxışında XX yüzilliyin 60-cı illərində Azərbaycanda durğunluğun hökm sürürdüyünü, respublika iqtisadi göstəricilərinə görə ittifaq miqyasında Azərbaycanın sonuncu yerlərdən birində olduğunu qeyd edərək, bu acınacaqlı vəziyyətə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra son qoyulduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Tədbirdə iştirak edən Ağsaqqallar şurasının sədri Gəray Bayramov çıxışında müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin keçdiyi zəngin həyat yolu və müstəsna xidmətləri barədə geniş məlumat verdi.

Keçidlər