Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Ulu öndərin əziz və parlaq xatirəsi böyük ehtiramla yad edilib

12 dekabr 2023 | 11:45

 

Dekabrın 12-də Samuxda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Anım günü münasibətilə Samux rayon İcra hakimiyyətinin başçısı Firdovsi Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin Samux şəhəri Heydər Parkında ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb və əziz xatirəsini ehtiramla yad ediblər.

Vətənini, xalqını sonsuz məhəbbətlə sevən, qətiyyəti, müdrikliyi ilə milyonlarla insanı öz ətrafında birləşdirməyi bacaran, dahi şəxsiyyət, Heydər Əliyevin əziz xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbindən heç vaxt silinməyəcək.

Keçidlər