Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi" mövzusunda konfrans keçirildi.

17 aprel 2023 | 16:33

Samuxda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi" mövzusunda konfrans keçirildi.

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı tədbirlər planı”nın icrası çərçivəsində Samux rayonunda silsilə tədbirlər keçirilir.Bu tədbrilərdən biri də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi" mövzusunda konfrans idi.

Tədbirdə Milli Məclisin deputatı Nizami Səfərov, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə bölməsinin sədri Fuad Əliyev, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, rayon ictimaiyyətinin nümayəndələri, İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, idarə, müəssisə və təşkilatlar iştirak edirdilər.

İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər çiçəklər qoydu, əziz xatirəsi yad edildi. Daha sonra məktəblilərin "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi" mövzusunda təşkil edilmiş rəsm sərgisinə baxış keçirildi.

Tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunubdu. Ümummilli lider Heydər Əliyevin həyatından bəhs edən video-çarx izlənildi.

Tədbiri giriş nitqi ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev qeyd etdi ki, Xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyev hələ respublikamıza birinci rəhbərliyi dövründə azərbaycançılıq məfkurəsi istiqamətində çox böyük, həm də qətiyyətli addımlar atmışdı. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsində, milli şüurun dirçəlişi, ümumən, bütün sahələrdə azərbaycançılıq amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə həyata keçirilən qətiyyətli tədbirlər məhz Ulu Öndərin parlaq dühası, ardıcıl səyləri sayəsində reallaşmışdı.

Tədbirdə Milli Məclisin deputatı Nizami Səfərov çıxış edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyətdir. Sovetlər birliyinin dağılmasından və Azərbaycanın müstəqillik əldə etməsindən sonra dilindən, dinindən və milli-mənəvi dəyərlərindən asılı olmayaraq bütövlükdə dövlətçilik ənənələrinin formalaşdırılmasında mühüm işlər görmüş Ulu Öndər sonralar 1990-cı illərin əvvəllərindən başlayaraq ölkəmizdə yeni istifadə edilərək inkişaf etdirilən azərbaycançılıq ideologiyasının mühüm elementlərinin inkişaf etdirilməsində əvəzsiz işlər görməklə tarixə düşmüşdür. Azərbaycançılıq ideologiyası xüsusən də yeni müstəqillik əldə etmiş respublikanın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün Ulu Öndər tərəfindən irəli sürülmüş əvəzedilməz bir ideologiyaya çevrilmişdir.

Çıxış edən digər natiqlər də çıxışlarında qeyd etdilər ki, ötən illər ərzində Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qalmış və onu inkişaf etdirmişdir. Belə ki, 1988-ci ildən Ermənistanla Azərbaycan arasında davam edən müharibə nəticəsində 20 faiz Azərbaycan  torpaqlarının işğal faktını heç vaxt qəbul etməyən Azərbaycan münaqişənin birdəfəlik köklü həll olunması və ərazilərin işğaldan azad olunaraq köçkün və qaçqın soydaşlarımızın öz torpaqlarına geri qayıtması tələb kimi ortaya qoyulmuşdur. Bunun nəticəsi olaraq 2020-ci ildə 44 günlük müharibə dövründə biz Azərbaycan xalqının bir an belə dayanmadan necə vahid bir gücə çevrildiyinin və böyük əzm ilə vətəndaş borcunu göstərərək Müzəffər Orduya rəhbərlik edən Cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək “Dəmir Yumruğa” çevrildiyinin şahidi olduq. Məhz azərbaycançılıq ideologiyası 30 ildən bəri davam edən münaqişənin bitməsinə və Azərbaycanın qələbə çalmasına yol açdı.

Tədbirin sonunda əmək fəaliyyətlərində fərqlənənlər, 44 günlük Vətən müharibəsi qaziləri və şəhid valideynləri İcra Hakimiyyəti başçısı tərəfindən fəxri fərmanlarla mükafatlandırıldı.

Keçidlər