Samuxda təyyarə qəzasının qurbanları bir dəqiqəlik sükutla yad edilib
26 dekabr 2024 | 12:27
Samuxda təyyarə qəzasının qurbanları bir dəqiqəlik sükutla yad edilib
Bu gün Azərbaycannın bütün rayonlarında olduğu kimi Samux rayonunda da dekabrın 25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Samuxda saat 12:00-da rayon ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. İnsanlar həlak olanların xatirəsinə ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Sükut dəqiqəsi zamanı dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.