Samuxda taxıl biçininə hazırlıq və yanğın təhlükəsizliyi ilə əlaqədar müşavirə keçirilmişdir.
Samuxda taxıl biçininə hazırlıq və yanğın təhlükəsizliyi ilə əlaqədar müşavirə keçirilmişdir.
30 may 2023-cü il tarixində Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin sədrliyi ilə Gəncə Regional Dövlət Yanğın Nəzarət idarəsinin rəisi, polkovnik Natiq Piriyev, Samux DAİM-nin direktoru Azər Hacıyevin, inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin, əlaqədar təşkilatların, iri taxıl istehsalçılarının, “Aqroservis” təmsilçilərinin iştirakı ilə taxıl biçininə hazırlıq və yanğın təhlükəsizliyi ilə əlaqədar müşavirə keçirilmişdir.
Müşavirədə taxıl biçini kompaniyasının mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, təhlükəsizlik tədbirləri, kənd təsərrüfatı texnikalarının hazırlıq vəziyyəti ilə bağlı məsələlər müzakirə olunmuşdur.
RİH başçısı Alı Qocayev müşavirəni açaraq mühüm strateji məhsul olan taxıl və digər dənli bitkilərin vaxtında və itkisiz yığımı ilə əlaqədar həyata keçirilən tədbirlərdən, qarşıda duran təxirəsalınmaz vəzifələrdən danışmışdır.
Daha sonra Samux Dövlət Aqrar İnkişaf mərkəzinin direktoru Azər Hacıyev çıxış edərək, bu il taxıl biçini üçün 42 kombayn nəzərdə tutulduğunu və hər kənd üzrə təhkim edilmiş kombayçılar haqqında məlumatı diqqət mərkəzinə şatdırdı. Həmçinin qeyd etdiki, kənd təsərrüfatı məhsullarının, o cümlədən taxılın, digər dənli və texniki bitkilərin yanğından qorunması tək yanğın təhlükəsizliyi qurumları əməkdaşlarının deyil, eləcə də təsərrüfat başçılarının, traktorçuların, kombaynçıların, mexanizatorların, mexaniklərin, sürücülərin, məhsul yığımında iştirak edən bütün əməkçilərin ümdə vəzifəsidir.
Tədbrin sonunda çıxış edən Gəncə Regional Dövlət Yanğın Nəzarət idarəsinin rəisi, polkovnik Natiq Piriyev qeyd etmişdir ki, taxıl biçininin itkisiz və vaxtında başa çatdırılması üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması vacibdir. Mövsüm ərzində yanğın təhlükəsizliyinin təmin olunması üçün qabaqlayıcı tədbirlərə dair Tədbirlər Planının hazırlandığını bildirmiş və diqqətə çatdırmışdır ki, biçilmiş taxıl zəmilərində küləş yandırılmasına yol verilməməlidir, əgər taxıl zəmiləri meşə zolaqları, avtomobil və dəmir yollarına yaxındırsa, onların arası eni 4 metrdən az olmayaraq şumlanmalıdır.