Samuxda taxıl biçininə başlanılmışdır
10 iyun 2025 | 15:10
Samuxda taxıl biçininə başlanılmışdır
Bu il rayonun təsərrüfatlarında 11128,6 hektar biçiləcək taxıl sahələri mövcuddur. Samux Rayon Statistika İdarəsindən verilən məlumata görə bu taxıl sahələrinin 5673,8 hektarı buğda, 5454,8 hektarı isə arpadır. Taxıl sahələrinin 5080,3 hektarı və ya 45,7 faizi kənd təsərrüfatı müəssisələrinin, 6048,3 hektarı və ya 54,3 faizi isə əhali təsərrüfatlarının payına düşür. 10.06.2025-ci il tarixinə 569,6 hektar sahədən 2135 ton arpa biçilmişdir.
Rayonda taxıl biçini davam edir.






