Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda taxıl biçini uğurla davam etdirilir.

24 iyun 2023 | 19:34
Samux rayonunda taxıl biçini uğurla davam etdirilir.
Məlum olduğu kimi, bu gün dövlətimizin qarşısında duran ən vacib vəzifələrdən biri də əhalinin təhlükəsiz ərzaq məhsulları ilə etibarlı təminatıdır. Etibarlı ərzaq təminatı iqtisadi sabitliyin və sosial dayanıqlılığın əsas şərtidir. Məhz buna görə də, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin ərzaq təhlükəsizliyi məsələsini daim diqqət mərkəzində saxlayıb və bu məsələnin gələcək nəsillər üçün olduqca vacib və aktual olduğunu nəzərə alaraq, təhlükəsizliyi məsələsini özünün dövlətçilik strategiyasının əsas elementləri sırasına daxil edib. Bu gün bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı məsələsini özünün iqtisadi strategiyasının əsas komponenti kimi, daim diqqət mərkəzində saxlamaqla, bu istiqamətdə xüsusi dövlət tədbirləri həyata keçirir. Bu, da real faktordur ki, bu gün ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət dövlət başçısının imzaladığı fərman və sərəncamlar əsasında təsdiqlənmiş dövlət proqramları və tədbirlər planları nəticəsində əldə olunub. Ölkəmizdə əhalini təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin etmək, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırmaq qarşıdakı dövr üçün də əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 10 fevral tarixli Fərmanı və 2016-ci il 06 dekabr tarixli “Azərbaycan Respublikasında Kənd Təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi” bu baxımdan, müstəsna əhəmiyyətə malikdir.
Ərzaq təhlükəsizliyi təmin etmək üçün rayonda 2023-cü ilin məhsulu üçün 13486.3 hektar sahədə taxil səpilmişdir ki, buda 2022-ci ildə səpilmiş taxıl sahəsindən 2626.4 hektar çoxdur. 2023-cü ilin məhsulu üçün səpilmiş taxılın 7476.7 hektarını buğda, 6009.6 hektarını arpa sahəsi təşkil edir. Fərdi fermerlər 7797.5 hektar sahədə taxıl əkini aparmışlar ki, bununda 3529.5 hektarını buğda, 4268.0 hektarını arpa təşkil edir. Hüquqi şəxslər 5688.8 hektar sahədə taxıl səpini aparmışlar, bundan 3947.2 hektarını buğda, 1741.6 hektarını arpa sahəsi təşkil edir.Bu il 2022- ci ilə nisbətən 2626.4 hektar çox taxıl ,o cümlədən 1516.5 hektar çox buğda,1109.9 hektar çox arpa əkilmişdir. Səpin dövründə və aqrotexniki tədbirlərin aparılmasında Samux Rayon İcra Hakimiyətinin və Dövlər Aqrar İnkişaf Mərkəzinin sahələr üzrə bütün əməkdaşları daim fermerlərlə əlaqəli işləmişlər. Aparılmış monitorinqələrin təhlili bu il məhsuldarlığın daha yüksək olacağını göstərir.
Rayonda taxıl biçininə hazırlıq məqsədi ilə Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorunun “Taxıl biçininin təşkili barədə” 03 may 2023-cü ildə vermiş olduğu əmrlə Qərargah yaradılmışdır və taxıl biçinin vaxtında və itkisiz yığılması üçün tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq biçinə hazırlıqla əlaqədar yerlərdə fermerlərlə görüşlər keçrilmişdir. Görüşlərdə fermerlərə taxıl sahələrinin biçindən sonra tez şumlanması, taxıl sahələrinin yandırılmaması haqqında tövsiyələr verilir.Taxıl biçininə hazırlıqla əlaqədar rayonda fərdi sahibkarlarda mövcud olan kombayınların sayı, onların texniki vəziyyəti, yanğın təhlükəsizliyinə hazırlığının vəziyyətinin monitorinqi aparılmış,müəyyən olunan qüsurların aradan qaldırılması üçün tövsiyələr verilmişdir. Hazırda fərdi sahibkarlarda taxıl biçininə hazır 33 ədəd kombayın var. “Aqro Servis” ASC-nin Samux bölməsində olan kombayınlara baxış keçirilmiş kombayınların biçinə hazırlığının monitorinqi aparılmışdır.Biçin başlaması ilə əlaqədar may ayında mexanizatorlarla fərdi qaydada görüşlər keçrilmiş, texniki təhlükəsizlik qaydaları haqqında məlumatlandırılmışlar.Taxıl biçinində taxılın tez və itkisiz yığımını təmin etmək üçün rayonda mövcud olan 4 ədəd Sampo,12ədəd New Holland, 4 ədəd Claas, 10 ədəd John Deere, 3 ədəd Case Axial Flow 9240, 10 ədəd SK-MEI olmaqla 43 ədəd kombayınların dislokasiya yerləri müəyyən edilmişdir. Biçinə 05 iyun 2023-cü ildə başlanmışdır. Rayonda biçində Aqro Servis ASC-nin digər regional bölmələrindən əlavə 4 kombayın və fərdi sahibkarların 2 kombayını iştirak edir. Taxıl biçinində Kombayına olan təlabat tam təmin olunmuşdur.Havaların qeyri sabit keçməsinə baxmayaraq keçən ilin müvafiq dövründən daha çox taxıl sahəsi biçilmişdir. Biçilmiş arpa sahələrində hər hektardan orta məhsuldarlıq 38.5 sentner, buğda sahələrində hər hektardan orta məhsuldarlıq 48.5 sentner təşkil edir. Hazırda taxıl yığımı davam edir.
Keçidlər