Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda şəhidlərin doğum günü qeyd edilib

27 noyabr 2023 | 08:52

Samuxda şəhidlərin doğum günü qeyd edilib

Samux rayonunun Seyidlər kəndindən​ olan və Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında şəhid olan Qarayev İlkin Yusif oğlunun və Samux rayonunun Füzuli kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi, mayor Maşıyev Asəf Volodya oğlunun doğum günü qeyd edilib. Samux Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyəti və məktəblilərin iştirakı ilə şəhidlərin məzarları ziyarət edilib.

Şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər söylənilib, şəhidlərin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Keçidlər