Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda şəhid ailələrinə orden və medallar təqdim edilib

27 dekabr 2023 | 09:56

Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatında şəhid olanların ailələrinə orden və medallar təqdim edilib.

"Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 07 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və Vətən uğrunda medalları ilə təltif edilən hərbiçilərdən, Samux rayonu Lək kəndindən olan şəhid Qasımov Sənan Fərman oğlunun və Bağbanlar kəndindən olan Həsənov Həsən Zabit oğlunun valideynlərinə orden və medallar təqdim edildi.

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhidlərin döyüş yolu keçdiyi hərbi hissələrin zabit, gizir, əsgər heyəti, şəhidin valideynləri, yaxınları iştirak ediblər. Şəhid valideynləri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər