Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda şəhid ailələri ziyarət olunub

22 dekabr 2023 | 12:17

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən şəhid ailələri ölkənin bütün şəhər və rayonlarında olduğu kimi Samux rayonunda da daim diqqət mərkəzində saxlanılır.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev şəhid ailələri ilə növbəti görüş keçirib. Samux rayonunun Əhmədbəyli kəndindən olan şəhid, Azərbaycanın Milli Qəhrəmanı İsgəndərov Eltun Xaləddin oğlunun, Vətən müharibəsi şəhidi Mürsəlzadə Elməddin Cəsur oğlunun, Çobanabdallı kəndindən olan Vətən müharibəsi şəhidi Məmmədli Həsən Qəhrəman oğlunun, Füzuli kəndindən olan Vətən müharibəsi şəhidi Ağamalıyev Ağamməd Elgiz oğlunun, Qarayeri qəsəbəsindən olan Vətən müharibəsi şəhidi Allahverdiyev Vüsal Novruz oğlunun məzarları və ailələri ziyarət edilib.
Daha sonra tədbir iştirakçıları şəhidlərin ev muzeyi ilə tanış olub. Şəhidlərin keçdikləri çətin və şərəfli döyüş yolundan söz açılıb.
Şəhidlərin valideynləri göstərilən diqqət və qayğıya görə Prezidentimiz, cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər