Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda şəhid ailələri ziyarət edilib

09 noyabr 2023 | 13:07

Samuxda şəhid ailələri ziyarət edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən şəhid ailələri ölkənin bütün şəhər və rayonlarında olduğu kimi Samux rayonunda da daim diqqət mərkəzində saxlanılır.
09 noyabr 2023-cü il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev şəhid ailələri ilə görüş keçirib. Samux rayonunun İnstitut qəsəbəsindən olan 44 günlük Vətən müharibəsi şəhidləri Əsədov Ruslan Rövşən oğlunun və Abdullayev Rəşid Abdulla oğlunun məzarları və ailələri ziyarət edilib.
Daha sonra tədbir iştirakçıları şəhidlərin ev muzeyi ilə tanış olub. Şəhidlərin keçdikləri çətin və şərəfli döyüş yolundan söz açılıb.
Şəhidlərin valideynləri göstərilən diqqət və qayğıya görə Prezidentimiz, cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər