Samuxda şəhid ailələri ilə növbəti görüş keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən şəhid ailələri ölkənin bütün şəhər və rayonlarında olduğu kimi Samux rayonunda da daim diqqət mərkəzində saxlanılır.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev şəhid ailələri ilə növbəti görüş keçirib. Görüş çərçivəsində Samux rayonu Alabaşlı qəsəbəsindən olan, təlim-məşq uçuşları həyata keçirən zaman şəhid olan Atakişiyev Rəşad Saləddin oğlunun və Samux rayonu Köbər kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Dostuyev Elçin Murad oğlunun məzarları və ailələri ziyarət edilib.
Daha sonra tədbir iştirakçıları şəhidlərin ev muzeyi ilə tanış olub. Şəhidlərin keçdikləri çətin və şərəfli döyüş yolundan söz açılıb.
Şəhidlərin valideynləri göstərilən diqqət və qayğıya görə Prezidentimiz, cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.