Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işçilərinin Peşə Bayramı Günü qeyd edilib

13 fevral 2024 | 12:33

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işçilərinin Peşə Bayramı Günü Samux rayonunda qeyd edilib.

Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinin birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinin işçiləri, şəhid ailələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər.

 

 

Keçidlər