Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “Sağlamlığımızı birlikdə qoruyaq, narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici  tədbir keçirilib

23 fevral 2024 | 15:41

Samux Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə Sərkar kənd tam orta  məktəbində Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.10-cu bəndinin icrası ilə bağlı olaraq  “Sağlamlığımızı birlikdə qoruyaq, narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir təşkil edilib.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, şöbənin məsul işçiləri, Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru İlqar Verdiyev, məktəb kollektivi, şagirdlər və valideynlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova ölkəmizdə gənc nəslin sağlam şəkildə böyüməsi üçün narkotik vasitələrin qanunsuz dövriyyəsinə, eyni zamanda yayılmasına qarşı əsası Ulu öndər Heydər Əliyev tərəfindən aparılan mübarizənin, məhz bu gün də ölkə Prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Belə halların qarşısının alınması üçün tez-tez maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq, bu işdə valideynlərin və təhsil müəssisələrinin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Samux rayon polis şöbəsinin baş inseptoru İlqar Verdiyev narkomaniya, dini radikalizm və erkən nikahın fəsadları barədə ətraflı çıxış edərək şagirdlərə dəyərli məsləhətlər verib. Təhsil müəssisələrində belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək, şagirdləri bu cür həssas mövzulara diqqətlə yanaşmağa, verilən tövsiyələrə əməl etməyə çağırıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər