Samuxda sağlam qidalanma ilə bağlı maarifləndirici tədbir keçirilib
04 mart 2024-cü il tarixdə Samux Rayon İcra Hakimiyyəti və “Samux rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli,1143 nörməli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.5-ci bəndinin (Xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s. sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi (xüsusi pilot layihələrin icra edilməsi və s.)) icrası ilə əlaqədar maarifləndirici tədbir keçirilib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova, Mərkəzi ASM şöbəsinin müdiri Aygün Qəhrəmanova, həkim mama-ginekoloq Səmərqənd Tağıyeva və xəstəxananın məsul əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova konservləşdirilmiş qidalar, o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsvirindən bəhs edərək, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısını almaq üçün tövsiyələr verib. Bundan başqa, məhsul alarkən etiket məlumatları ilə bağlı vacib məqamları iştirakçıların diqqətinə çatdırıb.
Sonra çıxış edən Ailə Sağlamlıq Mərkəzi şöbəsinin həkim mama-ginekoloqu Səmərqənd Tağıyeva bakteriya mənşəli qida zəhərlənmələrindən bəhs edərək son istifadə müddəti keçmiş, qoxusu və rəngi dəyişmiş istifadəyə yararsız qidalar haqqında məlumat verib.