Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “Sağlam məhəllə” layihəsi çərçivəsində yeni İdman zonasının açılışı keçirilib

04 iyul 2026 | 16:00

Samuxda “Sağlam məhəllə” layihəsi çərçivəsində yeni İdman zonasının açılışı keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ölkəmizdə uğurla həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində Samux rayonunun Seyidlər kəndində inşa olunan yeni İdman zonasının açılış mərasimi keçirilib.

Layihə çərçivəsində yaradılan idman zonasında minifutbol və basketbol meydançaları, stolüstü tennis və şahmat guşələri, həmçinin açıq hava trenajorları quraşdırılıb. Yeni idman məkanı sakinlərin, xüsusilə də uşaq və gənclərin sağlam həyat tərzinin təşviqi, asudə vaxtlarının səmərəli təşkili və idmana marağının artırılması məqsədilə istifadəyə verilib.

Açılış mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, gənclər və idmançılar iştirak ediblər.

Tədbir çərçivəsində nazir Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla və məhəllə sakinləri ilə görüşərək onlarla səmimi söhbət aparıb, yaradılan şəraitlə maraqlanıb və layihənin gənclərin sağlam həyat tərzinin formalaşdırılmasına mühüm töhfə verəcəyini bildirib.

Keçidlər