Samuxda “Sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 2.1-ci bəndinin icrası ilə əlaqədar Samux Rayon İcra Hakimiyyəti, Samux rayonu üzrə təhsil sektoru və Uşaq Səfirlər Məclisinin Samux rayonu üzrə nümayəndələrinin birgə təşkilatçılığı ilə Heydər Əliyev mərkəzində “Sağlam həyat tərzi” mövzusunda tədbir keçirildi. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova, İcra Hakiiyyətinin məsul işçiləri Elnaz Cəfərova, Tutu Rüstəmova, təhsil sektorunun müdiri Nurlana Həsənova, Heydər Əliyev Mərkəzinin direktoru Nüranə Həsənova, mərkəzin məsul işçiləri, müəllimlər və məktəblilər iştirak etdilər.
Samux rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Elnaz Cəfərova tədbirdə çıxış edərək, rayonumuzun bütün ərazisində ətraf muhitin bərk məişət və plastik tullantılarla çirklənməsinin qarşısının alınması üçün daha məqsədyönlü işlər aparıldığını, əhali arasında, təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin daha da genişləndiridiyini diqqətə çatdırdı.
Heydər Əliyev Mərkəzinin direktoru Nüranə Həsənova və digərləri çıxış edərək dövlət tərəfindən bərk məişət tullantılarının idarə edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, bu sahədə dövlət orqanlarının, ictimai təşkilatların və hər kəsin üzərinə düşən vəzifələrdən, maarifləndirmə işinin əhəmiyyətindən, bərk məişət tullantılarının ətraf mühitə və insan sağlamlığına vurduğu zərərdən və onların təkrar emalından danışıblar.
Daha sonra dövrümüzün qlobal problemlərindən olan məişət tullantılarına ikinci həyat verilməsinə dair sərgi təşkil edildi. Sərgidə məişət tullantılarından, lazımsız əşyalardan istifadə olunaraq hazırlanmış əl işləri nümayiş olundu.