Samuxda Ramazan bayramı münasibəti ilə iftar süfrəsi açılıb
Samuxda Ramazan bayramı münasibəti ilə iftar süfrəsi açılıb
Samux Rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri və aztəminatlı ailələr iştirak edib.
İftar süfrəsi Samux rayonunun Qarayeri qəsəbəsindəki Çinar şadlıq sarayında açılıb.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev iftar süfrəsində iştirak edənləri salamlayaraq qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik etdi. Azərbaycanda və eləcə də Samux rayonunda açılan bu iftar süfrələrinin ölkəmizdəki ənənəvi tolerantlığı nümayiş etdirdiyini vurğuladı. Ölkəmizdə sabitlik, davamlı inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də uğurla davam etdirdiyini bildirdi. Cənab Prezidentin yürütdüyü siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmləndiyini, ölkəmizdə məscid və dini ibadət yerlərinin inşa edildiyini diqqətə çatdırdı.
İftarda “Qurani-Kərim”dən ayələr oxundu, Ramazan ayının fəzilətləri barədə söhbət açıldı, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edildi. Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının ruhlarına dualar oxundu.