Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “Radikal ideologiyalara qarşı dini-mənəvi immunitetin gücləndirilməsi” ,“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti” və “Zərərli vərdişlərdən uzaq duraq“ mövzularında tədbir keçirilib.

16 aprel 2025 | 17:31
Samuxda “Radikal ideologiyalara qarşı dini-mənəvi immunitetin gücləndirilməsi” ,“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti” və “Zərərli vərdişlərdən uzaq duraq“ mövzularında tədbir keçirilib.
Tədbir Samux Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin və Samux rayon üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Eltun İsgəndərov adına Əhmətbəyli kənd tam orta məktəbində keçirilib.
Tədbirdə Samux rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Şəmmədov Emin, həmin şöbənin baş məsləhətçisi Həsənov Ağaəli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional böməsinin əməkdaşı Hacıyev Rövşən, Gənclər və İdman sektorunun müdiri Rasim İmamquliyev, müəllim və şagirdlər iştirak ediblər.
Samux rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı Emin Şəmmədov çıxışında radikal ideologiyalara qarşı dini-mənəvi immunitetin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, dinin yalnız bir inanc sistemi olmayıb, eyni zamanda cəmiyyətimizin sosial və əxlaqi həyatını formalaşdıran bir amil olduğunu qeyd edib. radikal düşüncə tərzinin təhdidlərinə qarşı mübarizədə tolerantlığın, dinlərarası dialoqun və empatiyanın vacibliyini önə çəkib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Hacıyev Rövşən radikalizmin həm fərdi, həm də sosial səviyyədə yaratdığı risklərdən danışıb və gənclərin bu cür ideologiyalara meyillənməmələrinin önəmini qeyd edib. O, radikalizmlə mübarizədə birgə fəaliyyətin, maarifləndirmənin və dini-mənəvi dəyərlərin gücləndirilməsinin zəruriliyinə diqqət çəkib.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Üfüqdəki gələcək” adlı sənədli filmə baxılıb.
Keçidlər