Samuxda “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda tədbir keçirilib.
27 yanvar 2025 | 15:17
Samuxda “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda tədbir keçirilib.
Samux Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda İnstitut qəsəbə tam orta məktəbdə tədbir keçirilib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini Qurumlarla işin təşkilatçısı Şəmmədov Emin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Samux rayon üzrə nümayəndəsi Hacıyev Rövşən, müəllim və şagirdlər iştirak ediblər.
Samux Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı Şəmmədov Emin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin multikulturalizm,tolerantlıq dəyərləri təbliğ edən ölkələrdən olması, milli-dini birlik ideyasının ölkəmizdə dövlət siyasəti səviyyəsində həyata keçirildiyi, hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunmasına dəstək göstərildiyi bildirilib.
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşlarının çiyin-çiyinə döyüşmələri, “Dəmir yumruq” ətrafında həmrəylik nümayiş etdirmələrinin bu istiqamətdə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsi olması vurğulanıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Hacıyev Rövşən çıxışı zamanı bildirib ki, dini radikalizmin mahiyyəti və onunla mübarizə yollarından danışıb, Azərbaycanda dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işləri aparıldığı, gənclərin radikal dini cərəyanların təsiri altına düşməsindən qorunmasının vacibliyi, eyni zamanda dini radikalizmin fəsadları barədə geniş məlumat verib.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Üfüqdəki gələcək” adlı sənədli filmə baxılıb.