Samuxda Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü qeyd edilib.
6 dekabr Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günüdür. Bu münasibətlə Samux Rayon İcra Hakimiiyətinin Başçısı Firdovsi Əliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, rabitə və telekommunikasiya qovşağının işçiləri Samux şəhər Heydər Parkında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Samux Rayon İcra Hakimiiyətinin başçısı Firdovsi Əliyev ölkəmizdə rabitə sahəsinin məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf mərhələsi keçdiyini bildirib.
Qeyd edib ki, bu gün Ulu Öndərin siyasi xətti dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elvin Umudov rabitə sahəsində yeni işlər görüldüyünü, rayon mərkəzi ilə yanaşı kənd sakinlərinin də genişzolaqlı internet və digər multimedia xidmətlərindən istifadə etməsi üçün kompleks layihələr həyata keçirildiyini diqqətə çatdırıb. Bu gün hər bir rabitəçi ölkəmizdə yüksək texnologiyalar sahəsinin inkişafı üçün çalışır.
Ölkə başçısının rəhbərliyi ilə rabitə sahəsi üzrə bu amal uğrunda fəaliyyət göstərən hər kəsə uğurlar arzulayıb, rabitə və yüksək texnologiyalar sahəsi işçilərini peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edib!