Samuxda “Qərbi Azərbaycanın tarixi, deportasiyalar və qayıdış prioritetləri” adlı tədbir keçirilib
Samux Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcması Samux nümayəndəliyi təşkilatçılığı ilə rayonun Sərkar kəndində “Qərbi Azərbaycanın tarixi, deportasiyalar və qayıdış prioritetləri” adlı tədbir keçirildi. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti başçısını müavini Kəmalə Xəlilova, Azərbaycan-Almaniya cəmiyyətinin sədri və Bakı Slavyan Universitetinin professoru Çingiz Abdullayev, Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəsi və Gəncə Dövlət Universitetinin professoru Mübariz Yusifov, Gəncə Dövlət Universitetinin dosenti Nəsibə Hacıyeva iştirak etdilər.
Tədbirin keçirilməsində məqsəd Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın öz doğma vətəninə qayıtması hüququnun və sülhsevər missiya olaraq Qərbi Azərbaycana qayıdışı xalqımızın əsas hədəflərindən biri kimi göstərməklə, bütövlükdə Azərbaycan ictimaiyyətinin, o cümlədən gənclərin bu amal uğrunda səfərbər edilməsi, Qayıdış konsepsiyasının müddəalarının izahı, Qərbi Azərbaycanın tarixi, coğrafiyası, icmanın fəaliyyəti barədə məlumatlılığının artırılmasıdır.
Tədbiri giriş sözü ilə açan Kəmalə Xəlilova Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında gənclərin fəal iştirakının təşviq olunmasının vacibliyindən danışıb.
Daha sonra Azərbaycan-Almaniya cəmiyyətinin sədri və Bakı Slavyan Universitetinin professoru Çingiz Abdullayev, Qərbi Azərbaycanın tarixi, icmanın fəaliyyəti haqqında çıxış edərək, geniş məlumat verib. Onlara Qayıdış Konsepsiyası və Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıdışı istiqamətində indiyədək həyata keçirilən tədbirlər barədə məlumat veridi.