Samuxda ”Qayıdış Konsepsiyasının siyasi –hüquqi əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib
06 may 2024-cü il tarixdə Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 101-ci il dönümünə həsr olunmuş Samux rayonun Köbər kəndində ”Qayıdış Konsepsiyasının siyasi –hüquqi əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova, Qərbi Azərbaycan İcmasının Samux rayon üzrə nümayəndəsi Məsud Vəliyev və Samux rayonun Köbər kəndində yaşayan Qərbi azərbaycanlılar iştirak etdi.
Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı bu gün görülən işlərin əsasını qoymasından, öz el obasından zorla çıxarılan soydaşlarımıza olan qayğısından və xüsusi diqqətindən danışdı. Natiq onuda qeyd etdi ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, cənab İlham Əliyev insan hüquqları məsələsi və sülhsevər missiya olaraq Qərbi Azərbaycana qayıdışı əsas hədəflərdən biri kimi müəyyənləşdirməklə soydaşlarımızın qayıdış hüququnun təmin edilməsi istiqamətində dəstəyin göstərildiyini iştirakçıların diqqətinə çatdırdı.
Sonra çıxış edən Qərbi Azərbaycan İcmasının Samux rayon üzrə nümayəndəsi Məsud Vəliyev Konsepsiya ilə həyata keçiriləcək fəaliyyətin əsas məqsəd və prinsipləri haqqında məlumat verdi.
Tədbirin sonunda Samux rayonun Köbər kəndində yaşayan tarix müəllimi Qərbi azərbaycanlı Fəxrəddin Baxşəliyev Baxşəli oğlu Qərbi Azərbaycan İcmasının Samux rayon Köbər kəndi üzrə nümayəndəsi seçildi.