Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirildi.

18 mart 2023 | 14:55

Samuxda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirildi.

18  mart  2023-cü il tarixində  Samux rayonunda  Azərbaycan xalqının milli bayramı - Novruz münasibəti ilə ümumrayon  şənliyi keçirilmişdir.  Şənlik  Heydər parkında təşkil edilmişdir. Rayon İcra hakimiyyəti tərəfindən təşkil edilmiş  şənlikdə rayonda fəaliyyət göstərən bütün müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi qaziləri, şəhid və  aztəminatlı ailələr, idmançılar, musiqiçilər və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edirdi.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev şənlik iştirakçılarını Azərbaycan xalqının uzaq qədimlərdən bu günədək sevə-sevə qeyd etdiyi  Novruz bayramı münasibəti ilə təbrik etdi.  Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.
Sonra bayramın rəmzi  Novruz tonqalı alovlandırıldı. Milli geyimli uşaqlar tonqalın ətrafında halay vurdular.  Cənab Alı Qocayev  hər bir kollektivə  yaxınlaşaraq  bayram  münasibəti ilə təşkil edilmiş süfrələrlə tanış oldu və  onları bayram münasibəti ilə bir daha təbrik etdi.  Eyni zamanda rayon idmançılarının  nümunəvi çıxışlarına tamaşa etdi.
Şənlik Gəncə Regional Mədəniyyət idarəsinin hazırladığı rəngarəng  konsert proqramı ilə davam etdirildi.

Tədbirin sonunda Vətən müharibəsi qaziləri və şəhid ailələri ilə xatirə şəkilləri çəkildi.

 

Keçidlər