Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda nə qədər əhali var?

14 mart 2025 | 17:29

Samuxda nə qədər əhali var?

 

      Samux Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, rayon üzrə (məcburi köçkünlər istisna olmaqla) əhalinin sayı 2025-ci il yanvar  ayının 1-i vəziyyətinə 58830 nəfər olmuşdur. Rayon əhalisinin 50,7 faizini kişilər (29801 nəfər) 49,3 faizini qadınlar (29029 nəfər) təşkil edır. Əhalinin 38,8 faizi şəhər və qəsəbələrdə (22855 nəfər) 61,2 faizi kəndlərdə (35975 nəfər) yaşayır.

        2024-cü il ərzində rayonda 654 doğulan körpə qeydə alınmışdır. Doğulan körpələrin  51,4 faizi oğlan,  48,6 faizi isə qız uşaqlarıdır. 408 nəfər ölüm qeydə alınmışdır. 246 nəfər təbii artım, 3 nəfər miqrasiya azalması qeydə alınmışdır.

        2025-ci ilin yanvar  ayının 1-i vəziyyəti ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə 243 nəfər rayon əhalisinin sayı artmışdır.

 

Samux Rayon Statistika İdarəsi

Keçidlər